Oferta müqaviləsi

Fiziki şəxslərə təlim xidmətlərin göstərilməsi üzrə müqavilə forması


MÜQAVİLƏ № ____


Bakı şəhəri “__” ___ ___- il


Bir tərəfdən, Nizamnamə əsasında fəaliyyət göstərən Direktor Şabanova Natali şəxsində (bundan sonra İcraçı adlandırılacaq) “BAKU CENTER-UCHİ” Məhdud Məsuliyyətli Cəmiyyəti digər tərəfdən fiziki şəxs ______________________________ (şəxsiyyət vəsiqəsi FİN:___________) (bundan sonra Sifarişçi adlandırılacaq), birlikdə isə Tərəflər adlandırılmaqla aşağıdakılar barədə bu Müqaviləni bağladılar:


1.MÜQAVİLƏNİN PREDMETİ

1.1. Bu müqavilə üzrə İcraçı Sifarişçiyə “_____” üzrə bilik və məlumat verməyi (Bundan əlavə - təlim xidmətləri) Sifarişçi isə öz növbəsində təlim xidmətlərini qəbul edərək müqavilə üzrə müəyyən olunmuş xidmət haqqının ödənilməsini öhdəsinə götürür.
1.2. Dərslər həftədə _ gün keçirilir, dərslərin müddəti __ saatdır. Təlimin ümumi müddəti __ Saat və ya _ ay olacaqdır. Təlimin başlama tarixi : __ ⁇ _________ 202_ - _ _ il.
1.3. Təlim xidmətləri Sifarişçinin istəklərinə uyğun olaraq Sifarişçinin sualları ilə bağlı məlumat və izahatların yazılı və ya şifahi şəkildə hazırlanmasını və verilməsini əhatə edir.
1.4. İcraçının təlim xidmətləri Sifarişçinin yazılı və şifahi sorğusu əsasında təqdim olunur.
1.5. Sorğuya cavab müddəti 1 (bir) iş günüdür, bu sualın mürəkkəbliyi və onun araşdırılmasının zəruriliyi nəzərə alınmaqla Sifarişçi ilə razılaşdırılaraq uzadıla bilər.
1.6. Sifarişçiyə hazırlanan və təqdim olunan məlumatlar ümumi olsa da, müvafiq proseslərlə əlaqədar verilən tövsiyələr İcraçının peşəkar Subyektiv rəyidir və tövsiyə xarakteri daşıyır.
1.7. İcraçı Sifarişçini müqavilənin 1.1-ci bəndində qeyd olunan təlimin sonunda müvafiq sertifikat ilə təmin edir.
1.8. Təlim xidmətləri İcraçı tərəfindən Ofis rejimində keçirilir.

2.TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ

2.1. İcraçının öhdəlikləri:
2.1.1. Sifarişçinin maraqlarını maksimum nəzərə alaraq peşəkar şəkildə təlim xidmətləri göstərmək;
2.1.2. Hazırki müqavilə üzrə öhdəliklərin icrası ilə əlaqədar Sifarişçidən alınan məlumatların tam məxfiliyinə ciddi riayət etmək;
2.1.3. Sifarişçinin tələbi ilə ona hazırki müqavilə üzrə öhdəliklərin icrası barədə hər hansı bir məlumat vermək.
2.2. İcraçı hüquqları:
2.2.1. Sifarişçidən müqavilə ilə müəyyən edilmiş xidmət haqqının vaxtında ödənilməsini tələb etmək.
2.3. Sifarişçinin öhdəlikləri:
2.3.1. İcraçıya razılaşdırılmış müddətdə məsləhət xidmətləri göstərmək üçün lazım olan məlumatları, materialları və sənədləri tam şəkildə təqdim etmək;
2.3.2. Göstərilən xidmətləri qəbul etmək və bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək.
2.3.3. Hazırki müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ilə əlaqədar İcraçıdan alınan tədris materiallarının və video yazıların yayılmamasına ciddi riayət etmək;
2.4. Sifarişçinin hüquqları:
2.4.1. İcraçıdan bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinin gedişi barədə şifahi və yazılı məlumat almaq;
2.4.2. İcraçıdan bu müqavilə üzrə öhdəliklərin düzgün yerinə yetirilməsini tələb etmək.

3.QİYMƏT, HESABLAŞMA VƏ CƏRİMƏLƏRİN TƏTBİQİ QAYDASI

3.1. Bu müqaviləyə əsasən göstərilən təlim xidmətlərinin dəyəri ___ AZN (____) Azərbaycan manatı.
3.2. Bu müqavilə ilə Sifarişçi təlimin əvvəlində (və ya qeydiyyat zamanı) göstərilən xidmətin ümumi dəyərinin 100% - ni ödəmək şərti ilə razılaşır. Müqavilə üzrə öhdəliklərin Sifarişçi tərəfindən düzgün yerinə yetirilməməsi halında, İcraçının hüquqi var ki, Sifarişçini yeni tədris ayında dərslərdə iştirakına icazə verməsin.
3.3. Müqavilənin tarixindən 14 gün sonra Sifarişçi təlimdən imtina edərsə, 1 aylıq ödəniş məbləği cərimə kimi çıxarılacaq və geri qaytarılmayacaq.
3.4. Bu müqavilə üzrə ödəniş Sifarişçi tərəfindən müqavilə imzalandıqdan sonra İcraçının cari hesabına vəsait köçürməklə və ya nağd şəkildə ödəməklə həyata keçirilir.

4.TƏRƏFLƏRİN MƏSULİYYƏTİ

4.1. Tərəflər bu müqavilə üzrə öhdəliklərini tam və ya qismən yerinə yetirmədikdə və ya fikir ayrılıqlarının danışıqlar yolu ilə həlli mümkün olmadıqda Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.
4.2. Sifarişçi tərəfindən natamam və ya etibarsız məlumatların verilməsi və ya Sifarişçi tərəfindən İcraçının qeydlərinin vaxtında nəzərə alınmaması nəticəsində yaranan problemlər və ya səhvlər baş verərsə, İcraçı işinin nəticəsinə görə məsuliyyət daşıya bilməz.
4.3. Sifarişçi xidmətin göstərilməsi ilə əlaqədar bu müqavilə üzrə İcraçı tərəfindən təqdim olunan materialların, sənədlərin və digər məlumatların tamlığı və etibarlılığı üçün məsuliyyət daşıyır.

5.MÜBAHİSƏLƏRİN HƏLLİ QAYDASI

5.1. Hazırki müqavilənin icrası zamanı yarana biləcək mübahisələr və fikir ayrılıqları tərəflər arasında danışıqlar yolu ilə həll ediləcəkdir.
5.2. Tərəflər razılaşmadıqda mübahisələr məhkəmə qaydasında Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq həll ediləcəkdir.

6.MÜQAVİLƏNİN QÜVVƏDƏ OLMA MÜDDƏTİ

6.1. Bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və tərəflər bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənə qədər qüvvədədir.
6.2. Bu müqavilə tərəflərin razılığı əsasında 15 (on beş) gün əvvəl yazılı bildirişlə ləğv edilə bilər. Ləğv tarixindən əvvəl göstərilən bütün xidmətlər Sifarişçi tərəfindən ödənilir.


7. TƏRƏFLƏRİN HÜQUQİ ÜNVANLARI VƏ BANK REKVİZİTLƏRİ

İcraçı
"BAKU CENTER-UCHİ MMC" MMC
VÖEN: 1703788221
Faktiki ünvan: Bakı şəhəri, Ziya Bünyadov prospekti 1965-ci məhəllə, "Çinar Park" Biznes Mərkəzi, 1-ci bina, A korpus , 4 mərtəbə, ofis 408A
H/H: AZ76AZRT40060019440537465001
Bank: "Azər-Türk Bank" ASC-nin Müştəri Xidmətləri Mərkəzi
Kodu: 507699
Bankın VÖEN: 9900006111
SWIFT kod: AZRTAZ22
M/H: AZ02NABZ01350100000000022944

Sifarişçi
A.S.A___________________________
Ş/V Seriya və № ____________________
FİN:______________________________
Qeydiyyat ünvanı: _____________________________
____________________________________
Əlaqə nömrəsi: _______________________


8. TƏRƏFLƏRİN İMZASI

İcraçı:
Şabanova Natali
Direktor


__________________________
M.Y.


Sifarişçi:
Fiziki şəxs_______________
İmza/soyad: ___________________


© 2010 - 2024 ECOLE GÖZƏLLİK AKADEMİYASI
Bütün hüquqlar qorunur.
Edutech şirkətlər qrupunun layihəsi
BAKU CENTER-UCHİ MMC
VÖEN: 1703788221